Ərdoğan: Türkiyə Afrikada yeni münaqişələrə qarşıdır - YENİLƏNİB
- 17 fevral, 2026
- 19:20
Türkiyə Afrikada yeni münaqişələrə qarşıdır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşdən sonrakı mətbuat konfransında deyib.
"Bölgədəki problemlərin elə region ölkələri tərəfindən həllinin tərəfdarıyıq və Efiopiyanın xarici qüvvələrin mübarizə meydanına çevrilməsini istəmirik" , - Türkiyə Prezidenti bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya səfəri çərçivəsində bu ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Təkbətək görüşdən sonra müzakirələr geniş tərkibdə davam etdiriləcək.
Cumhurbaşkanımız Erdoğan, Etiyopya Başbakanı Ali ile görüştü https://t.co/hpMzKBswvc pic.twitter.com/DLCxmMhKzW
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) February 17, 2026