Türkiyə lideri: Ankaradakı terror aktından sonra 213 silahlı məhv edilib

Digər ölkələr
  • 28 oktyabr, 2024
  • 15:41
Türkiyə lideri: Ankaradakı terror aktından sonra 213 silahlı məhv edilib

Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213 silahlı məhv edilib.

“Report” “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox RRK hədəfi vurulub, bu ana qədər 213 terrorçu məhv edilib”, - Türkiyə lideri deyib.