Ərdoğan: "ABŞ-ın Türkiyəyə qarşı sanksiyası müttəfiqlik prinsiplərinə ziddir"

Digər ölkələr
  • 27 sentyabr, 2018
  • 02:36
Ərdoğan: ABŞ-ın Türkiyəyə qarşı sanksiyası müttəfiqlik prinsiplərinə ziddir

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar siyasəti iki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində deyib.

"Biz NATO çərçivəsində ABŞ-ın strateji tərəfdaşıyıq. Bizim tərəfdaşımız olan hər bir ölkədə mümkün sanksiyalar barədə danışmaq yersiz olardı. Türkiyə strateji tərəfdaş kimi öz öhdəliklərini həmişə yerinə yetirib, biz bunu bundan sonra da edəcəyik", - deyə o bildirib.

Türkiyənin dövlət başçısı həmçinin ABŞ-ı PKK-nın qolu olan YPG və PYD ilə əməkdaşlıqda əməkdaşlıq etməkdə ittiham edib. "Bizim strateji tərəfdaşımız terrorçu təşkilatla çiyin-çiyinə çalışırsa, bunu qəbul edə bilmərik", - deyə Ərdoğan qeyd edib. 

44 - Tezliklə