​Ər-Riyad səfirliyə hücumdan sonra diplomatlarını İrandan təxliyə edir

Digər ölkələr
  • 03 yanvar, 2016
  • 21:16
​Ər-Riyad səfirliyə hücumdan sonra diplomatlarını İrandan təxliyə edir

Bakı. 4 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinə hücumdan sonra diplomatlarını İrandan təxliyə etməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, diplomatlar artıq Dubaya yola salınır. İlkin məlumatlara görə, təqribən 50 əməkdaş təxliyə olunub.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını və İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verildiyini bəyan edib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.