Endi Börnhem Böyük Britaniya-Aİ sammitinin ölkəni Avropaya yaxınlaşdıracağına ümid edir

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 16:54
Endi Börnhem Böyük Britaniya-Aİ sammitinin ölkəni Avropaya yaxınlaşdıracağına ümid edir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem gələn aya planlaşdırılan Böyük Britaniya-Aİ sammitini səbirsizliklə gözlədiyini və bu tədbirin ölkəni Avropaya yaxınlaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə o Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşdən sonra deyib.

Börnhem həmçinin qeyd edib ki, Britaniya və Almaniya təhlükələrə birlikdə qarşı çıxacaqlar və o, müdafiə və təhlükəsizlik sahəsində bir sıra tərəfdaşlıq sazişlərini elan edib. Bugünkü danışıqlar təhlükəsizlik məsələləri üzərində cəmləşəcək, eyni zamanda texnologiyalar, iqtisadi tərəfdaşlıq və bir çox başqa sahələrə toxunacaq.

"Ötən il Merts və Kir Starmer (Britaniyanın sabiq baş naziri - red.) tərəfindən imzalanmış ikitərəfli əməkdaşlıq sazişi olan Kensinqton müqaviləsini ratifikasiya etmək üçün burada olmaqdan şadam", - o deyib.

Qeyd edək ki, daha əvvəl Börnhem Britaniyanın Aİ-yə qayıtmasının Böyük Britaniyanın Avropa ilə uzunmüddətli münasibətlərinin yenidən qurulması üçün variantlardan biri olduğunu bildirmişdi.

44 - Tezliklə