Börnhem Trampla telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Digər ölkələr
  • 21 iyul, 2026
  • 00:07
Börnhem Trampla telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampla ilk telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Report" xəbər verir ki, söhbətin təfərrüatlarını Britaniya Baş nazirinin dəftərxanası açıqlayıb.

Börnhem həmsöhbətini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib.

"Baş nazir Böyük Britaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunu vurğulayıb", - bəyanatda deyilir.

Britaniya lideri Trampa öz siyasi planlarını açıqlayıb və Böyük Britaniyanın "müttəfiqlərin təhlükəsizliyinin təmin olunması"na sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Endi Börnhem iyulun 20-də baş nazir postunu tutub. O, may ayında keçirilən yerli səviyyəli seçkilərdəki məğlubiyyəti fonunda hakim Leyboristlər Partiyasının deputatlarının təzyiqi altında istefa verməyə məcbur olan Kir Starmeri əvəz edib.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunub ki, bu, Börnhemin vəzifəyə gəlməsindən sonra ilk beynəlxalq telefon danışığı olub.

Söhbətin təfərrüatları hələlik açıqlanmır.