"Ən-Nəhar": Livan Prezidenti İsraillə danışıqları yekunlaşdırmaq üçün ABŞ-yə gedəcək

Digər ölkələr
  • 07 iyul, 2026
  • 06:12
Ən-Nəhar: Livan Prezidenti İsraillə danışıqları yekunlaşdırmaq üçün ABŞ-yə gedəcək

Livan Prezidenti Cozef Aun çərçivə sazişi üzrə danışıqları başa çatdırmaq üçün Vaşinqtona səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Livanın "Ən-Nəhar" qəzeti məlumat yayıb.

"Livan Prezidenti "Cozef Aun" cari ayın (iyulun) sonunadək Ağ Evə səfər etməyə və ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşır", - məlumatda bildirilib.

Qeyd olunub ki, bu görüş İsrailin Baş naziri Benyamin Netanyahu və Tramp arasında planlaşdırılan görüşdən sonra baş tutacaq: "Aun ilə Netanyahu arasında görüşün keçirilməsi planlaşdırılmır".

Daha əvvəl C. Aun ABŞ administrasiyasını İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını sürətləndirmək üçün Təl-Əvivə təzyiq göstərməyə çağırıb.