Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb
Digər ölkələr
- 23 sentyabr, 2021
- 00:54
Əlcəzair Ali Təhlükəsizlik Şurası Mərakeş tərəfindən mümkün təxribatların qarşısını almaq üşün bu ölkəyə hava məkanını bağlı elan edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının tvitter səhifəsində məlumat yayılıb.
Məlumata görə, sentyabrın 22-dən Mərakeş mülki və hərbi aviasiyasına Əlcəzairin hava məkanı üzərindən uçmaq qadağan edilir.
Qeyd edək ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini elan edib.
Əlcəzair və Mərakeş arasında bir neçə ildir ki, əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir, Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir.
Son xəbərlər
19:18
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Xarici siyasət18:53
Foto
Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib
Xarici siyasət18:52
XİN başçısı: Aİ-nin Gürcüstanı siyasi dialoq formatlarından kənarda saxlaması böyük səhvdir
Region18:47
Ben-Qvir Qəzza zolağı üzrə saziş layihəsini İsrail üçün qəbuledilməz adlandırıb
Digər ölkələr18:43
Maka Boçorişvili: ABŞ-Gürcüstan münasibətlərində müsbət bərpa əlamətləri müşahidə olunur
Region18:39
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub
Ekologiya18:20
Ermənistanda Tsarukyana məxsus konyak zavodu dövlətin nəzarətinə verilib
Region18:13
Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 6 il müddətinə həbs oluna bilər
Region18:12
Foto