Ekvadorda silahlı şəxslər 9 nəfəri qətlə yetiriblər

Digər ölkələr
  • 29 dekabr, 2025
  • 03:55
Ekvadorda silahlı şəxslər 9 nəfəri qətlə yetiriblər

Ekvadorun Manabi əyalətində baş verən atışmada azı 9 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "UV Television" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 28-də səhər saatlarında Manabi əyalətində yerləşən Puerto Lopez balıqçı kəndində silahlı şəxslər atəş açıb. Ölənlər arasında iki yaşlı uşaq da var.

Hadisənin cinayətkar dəstələrlə əlaqəsi ola bilər. Ölənlərin dəqiq sayı müəyyənləşdirilir.