Əfqanıstanın şərqində daşqınlar nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb
Digər ölkələr
- 27 iyul, 2023
- 00:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanın şərqindəki Pərvan əyalətində baş verən daşqınlar nəticəsində azı 9 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə əyalət administrasiyasının nümayəndəsi Hikmətullah Şamim məlumat verib.
Onun sözlərinə görə, çərşənbə axşamı günortadan sonra əyalətin bir neçə kəndini güclü yağışlardan sonra daşqınlar vurub, 200 evi, yüzlərlə hektar əkin sahəsini, 36 km yolu, bir neçə su kanalını dağıdıb və onlarla heyvanı məhv edib.
Əfqanıstanın meteoroloji xidmətləri yaxın günlərdə dağlıq ölkənin bəzi ərazilərində yağışların artacağını və daşqınların olacağını proqnozlaşdırır.
Son xəbərlər
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region
22:20
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
Digər ölkələr
22:07
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Digər ölkələr
21:59
"Real" Tibo Kurtua ilə müqavilənin müddətini uzadır
Futbol
21:56
Foto
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Xarici siyasət
21:52
Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb
Xarici siyasət
21:45
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Din
21:37
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Region