Əfqanıstanda partlayış törədilib

Digər ölkələr
  • 19 sentyabr, 2022
  • 10:28
Əfqanıstanda partlayış törədilib

Əfqanıstanın Qəndəhar əyalətində partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlərin sayı barədə hələlik dəqiq məlumat verilməyib. 

Xatırladaq ki, daha əvvəl Qəndəharın təhlükəsizlik xidmətlərinin gün ərzində minalardan təmizləmə və qeyri-qanuni silah axtarışı aparmağı planlaşdırdığı barədə məlumat yayılmışdı.