Əfqanıstanın Kunduz vilayətində "Taliban" silahlıları nəzarət-buraxılış məntəqlərini ələ keçirib

Digər ölkələr
  • 03 iyul, 2017
  • 12:29
Əfqanıstanın Kunduz vilayətində Taliban silahlıları nəzarət-buraxılış məntəqlərini ələ keçirib

Bakı. 3 iyul. REPORT.AZ/ "Taliban" hərəkatının silahlıları Əfqanıstanın Kunduz vilayətinin inzibati mərkəzində bir sıra nəzarət-buraxılış məntəqlərini ələ keçirib və Bəğlan vilayətinə gedən magistral yolu bağlayıb.

"Report" "Tolo News" telekanalına istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.

Bildirilib ki, Taloka bölgəsində bir neçə nəzarət-buraxılış məntəqəsinə edilən hücum nəticəsində təhlükəsizlik qüvvələri itkilər verib.

Mənbənin məlumatına görə, Kunduz və Bəğlan vilayətlərini birləşdirən magistral yol Əliabad rayonunda bağlanıb.

"Kunduzda hələ də qanlı döyüşlər davam edir", - Kunduz vilayət şurasının üzvü Saliulla Əmiri bildirib.

44 filmi