Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçıb
Digər ölkələr
- 04 iyul, 2021
- 17:46
Əfqanıstanda “Taliban” hərəkatının silahlıları ilə döyüşmək istəməyən 94 sərhədçi ölkənin ərazisini tərk edərək Tacikistana qaçıb.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Belə ki, yerli vaxtla 18:00-da “Taliban” hərəkatının silahlıları Bədəxşan vilayətinin Xoxon ərazisini döyüşsüz ələ keçiriblər. Xəbərdə qeyd edilir ki, əfqanıstanlı hərbçilər şəxsi heyətin qorunub saxlanılması üçün sərhədi keçiblər.
Bildirilib ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq əfqanıstanlı hərbçilərə respublikanın ərazisinə keçməyə icazə veriblər.
Bundan əvvəl Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb.
Son xəbərlər
12:51
Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb
Digər ölkələr12:50
UEFA Millətlər Liqası: Litva - Azərbaycan matçının hakimləri açıqlanıb
Futbol12:45
Qazaxıstanda hərbçilərin ölməsi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb - YENİLƏNİB
Region12:40
Ələtdə silisium karbid, silisium oksid və silisium istehsal olunacaq
Biznes12:37
Foto
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank"dan pay alır
Maliyyə12:31
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir
İnfrastruktur12:31
Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa bilməz"
İnfrastruktur12:30
"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb
Formula 112:30