Əfqanıstanda terrorçuların hücumu nəticəsində 7 hərbçi və 10 polis əməkdaşı öldürülüb

Digər ölkələr
  • 09 mart, 2018
  • 06:26
Əfqanıstanda terrorçuların hücumu nəticəsində 7 hərbçi və 10 polis əməkdaşı öldürülüb

Bakı. 9 mart. REPORT.AZ/ Əfqanıstanda “Taliban” silahlılarının Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 7 hərbçi və 10 polis əməkdaşı həlak olub, 9 polis əməkdaşı isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Hadisə martın 8-dən 9-a keçən gecə Tahar əyalətinin Xvaca Qhar qəsəbəsində baş verib.

Zərərsizləşdirilən terrorçular barədə məlumat yayılmayıb. 

44 - Tezliklə