Əfqanıstanda "Taliban" silahlıları ilə atışmada təhlükəsizlik qüvvələrindən 13 nəfər ölüb

Digər ölkələr
  • 05 noyabr, 2018
  • 08:40
Əfqanıstanda Taliban silahlıları ilə atışmada təhlükəsizlik qüvvələrindən 13 nəfər ölüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni vilayətində radikal "Taliban" hərəkatının silahlıları ilə toqquşmalarda güc strukturlarının 10-dan çox əməkdaşı ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Belə ki, Hoqyani mahalında silahlıların blokposta hücumu nəticəsində 8 əfqan əsgər ölüb, 3 nəfər yaralanıb.

Malistan mahalında taliblərlə baş verən atışma zamanı isə 5 polis əməkdaşı ölüb.

Hüquq-mühafizə orqanları silahlılar arasında onlarla ölən və ya yaralananın olduğunu bildirib.