Əfqanıstanda "Taliban" silahlıları 15 polisi öldürüb

Digər ölkələr
  • 17 sentyabr, 2018
  • 07:06
Əfqanıstanda Taliban silahlıları 15 polisi öldürüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Əfqanıstanda radikal "Taliban" hərəkatının silahlıları tərəfindən edilən bir neçə hücum nəticəsində azı 15 polis məmuru öldürülüb.

Bu barədə "Report" "Sinhua" agentliyinə istinadən məlumat verir.

Hücumlardan biri bu səhər ölkənin şimal-qərbindəki Bəğdis vilayətindəki polis postuna edilib, nəticədə 5 polis öldürülüb. Döyüşlər zamanı bir neçə silahlı məhv edilib.

Daha bir hücum isə dünən gecə Fərah vilayətindəki keçid məntəqəsində edilib. Hücum zamanı 10 polis ölüb, 2-si isə itkin düşüb.