Əfqanıstanda seçkiqabağı tədbirdə partlayış olub, ölənlər var

Digər ölkələr
  • 13 oktyabr, 2018
  • 10:43
Əfqanıstanda seçkiqabağı tədbirdə partlayış olub, ölənlər var

Bakı. 13 oktyabr. REPORT.AZ/ Əfqanıstanda seçkiqabağı tədbirdə baş verən partlayışda azı 12 nəfər ölüb, daha 32 nəfər yaralanıb.

Bu barədə "Report" "Tolo News"a istinadən məlumat verir.

Pakistan KİV-inin məlumatına görə, partlayış bu gün gündüz vaxtı Təxar vilayətinin Rustak rayonunda qadın namizədin seçkiqabağı tədbirində baş verib.

Ölənlər arasında Milli Təhlükəsizlik Müdirliyinin zabitləri və polis də var.