Əfqanıstanda partlayış olub, 13 nəfər ölüb
Digər ölkələr
- 03 oktyabr, 2020
- 11:56
Əfqanıstanın Nəngərhar əyalətində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Əyalət qubernatorunun sözçüsü Ataulla Xoqyaninin sözlərinə görə, bomba yüklü avtomobil gündüz saatlarında partlayıb. Avtomobil qubernatorun Qanixil rayonundakı iqamətgahı yaxınlığında partlayıb.
A.Xoqyani həmçinin silahlıların qubernatorun iqamətgahına girməyə çalışdıqlarını, ancaq təhlükəsizlik qüvvələri tərəfindən hücumun dəf edildiyini əlavə edib.
Əyalət Şurasının üzvü Obaydulla Şinvari ölənlərdən ən azı səkkizinin mülki şəxs olduğunu söyləyib.
Son xəbərlər
06:44
İngiltərə millisində DÇ-2026 zamanı oğurluq hadisəsi yaşanıb
Futbol06:40
DÇ-2026: Paraqvay ABŞ-la matçda hesab arasındakı fərqi azaldıb - YENİLƏNİR-7
Futbol06:21
"Reuters": ABŞ Hörmüz boğazı yaxınlığında İranın bir neçə dronunu vurub
Digər ölkələr05:54
ABŞ Ədliyyə Nazirliyi "Paramount"un "Warner Bros"u satın almasına qarşı çıxmayıb
Digər ölkələr05:12
WSJ: ABŞ-nin bir neçə ştatının baş prokurorları "OpenAI" ilə bağlı araşdırmalara başlayıb
Digər ölkələr04:42
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Digər ölkələr04:07
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
Futbol03:55
İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
Digər ölkələr03:18