Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Digər ölkələr
  • 27 noyabr, 2020
  • 09:45
Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Əfqanıstanda xidmət edərkən 39 mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi vəzifəsindən kənarlaşdırılıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Qüvvələrinin Baş Müfəttişliyinin 4 il ərzində apardığı istintaqın yekunlarına dair hesabatda qeyd olunub.

“Əfqanıstandakı olaylarla bağlı hazırda 13 nəfərə inzibati tədbir bildirişi verilib”, - Avstraliya Ordusunun rəisi, general-polkovnik Rik Bör söyləyib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar 2005-2016 illəri arasında Əfqanıstandakı Avstraliya xüsusi təyinatlı hərbçilərinin davranışları ilə bağlı hazırlanan hesabatda 20 mindən çox sənəd və 25 min görüntü incələnib, 423 şahidlə görüş öz əksini tapıb.