Əfqanıstanda məscid yaxınlığında partlayış olub, 6 nəfər yaralanıb

Digər ölkələr
  • 29 aprel, 2018
  • 10:04
Əfqanıstanda məscid yaxınlığında partlayış olub, 6 nəfər yaralanıb

Bakı. 29 aprel. REPORT.AZ/ Əfqanıstanın Cəlalabad şəhərində bombanın partlaması nəticəsində 6 nəfər yaralanıb.

"Report" "Avapress.com"a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətinin 6-cı polis bölməsindəki seçicilərin qeydiyyat mərkəzi yaxınlığında qeydə alınıb.

Hadisənin baş verdiyi yerə yaxın ərazidə məscid də yerləşir.

Partlayıcı maddə "Zarang" markalı motosikletdə tapılıb.

44 - Tezliklə