Əfqanıstanda məhkəmə binasına basqında iki polis ölüb
Digər ölkələr
- 26 may, 2015
- 09:04
Bakı. 26 may. REPORT.AZ/ Əfqanıstanın mərkəzi hissəsində yerləşən Vardak əyalətində naməlum üç silahlının məhkəmə binasına hücumu nəticəsində azı 2 polis ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ölkənin rəsmi telekanalı məlumat yayıb.
İntiharçı-terrorçular əyalətin mərkəzi Meydan-Şəhr şəhərindəki binanın giriş hissəsində partlayıcı qurğunu partladıblar. Partlayışdan sonra terrorçulardan ikisi binaya daxil olub.
Əyalət polisinin başçısı Xəlil Əndarabi deyib ki, onlar məhkəmə binasında zərərsizləşdirilib.
"Hadisə nəticəsində iki polis ölüb, üç dinc sakin yaralanıb", - o bildirib.
Əfqanıstandakı silahlı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini üzərinə götürməyib.
Son xəbərlər
11:57
Azərbaycanda 7 ayda xarici vətəndaşlara 5 milyon manatdan çox ƏDV qaytarılıb
Maliyyə11:57
Turqay Zeytingöz: "Azərbaycanda qadın basketbolu yaxın gələcəkdə daha yaxşı yerlərdə olacaq"
Fərdi11:49
Paraqvay iş adamlarının Bakıya səfəri planlaşdırılır
Xarici siyasət11:45
Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb
Digər ölkələr11:44
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 %-ə yaxın artıb
Biznes11:44
Foto
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib - YENİLƏNİB
Mədəniyyət siyasəti11:42
Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Ekologiya11:42
Almaniyada Bundsverin ölkə daxilində yerləşdirilməsi təklif olunub
Digər ölkələr11:37