Əfqanıstanda partlayış nəticəsində 8 nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 05 sentyabr, 2019
  • 07:05
Əfqanıstanda partlayış nəticəsində 8 nəfər ölüb - YENİLƏNİB

Kabulda törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Pejak” məlumat yayıb.

***10:34

Əfqanıstanın paytaxtı Kabulda Şaş Darak rayonunda hökumət binasının yaxınlığında partlayış törədilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi bildirib.

Onun sözlərinə görə, partlayış sentyabrın 5-də səhər saatlarında törədilib. Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.

Qeyd edək ki, NATO-nun mənzil-qərargahı, ABŞ və Türkiyə səfirliklərinin binası, Əfqanıstan hökumətinin binaları, o cümlədən Müdafiə Nazirliyi Şaş Darak rayonunda yerləşir. 

44 - Tezliklə