Əfqanıstanda etirazçılar Fransa bayrağını yandırıblar
Digər ölkələr
- 21 yanvar, 2015
- 01:46
Bakı. 21 yanvar. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində etiraz aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiya iştirakçıları "Fransaya ölüm" və "Mən səni sevirəm ya Məhəmməd" şüarları səsləndiriblər.
Etirazçılar, həmçinin Fransa bayrağını yandırıblar. Fəallar Fransanın terror aktından sonra yenidən üz qabığında İslam peyğəmbəri Məhəmmədin (s) karikaturasını dərc edən "Charlie Hebdo" nəşrinə etirazlarını bildiriblər.
Aksiya iştirakçıları Fransadan peyğəmbərin karikaturasına görə üzr istəməyi tələb ediblər. Əks təqdirdə isə, hakimiyyəti ölkədəki Fransa səfirliyini bağlamağa çağırıblar.
Son xəbərlər
22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Region21:51
Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olub
Digər ölkələr21:41
Foto
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Fərdi21:25
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
Xarici siyasət21:24