​Əfqanıstanda deputat "Taliban" əsirliyindən qaçıb

Digər ölkələr
  • 21 dekabr, 2015
  • 07:58
​Əfqanıstanda deputat Taliban əsirliyindən qaçıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Əfqanıstan parlamentinin deputatı Nəsrullah Sadekzadə Neli "Taliban" hərəkatının əsirliyindən heç kimin yardımı olmadan qaçıb.

"Report" xəbər verir ki, bu haqda yerli "Hama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, "taliban"çılar onu ölkənin Vardak əyalətində saxlayırmış.

Deputat deyib ki, başqaları ilə birlikdə o, 9 saat terrorçuların girovluğunda olub.

Nəsrullah Sadekzadə girovluqdan qaçarkən, 8 saat yol qət etdiyini də söyləyib.