Əfqanıstan Ali Məhkəməsinin 900-a yaxın əməkdaşı işsiz qalıb

Digər ölkələr
  • 28 dekabr, 2021
  • 07:31
Əfqanıstan Ali Məhkəməsinin 900-a yaxın əməkdaşı işsiz qalıb

Əfqanıstan Ali Məhkəməsinin 900-a yaxın əməkdaşı iş yerini itirib.

“Report” “Tolonews”a istinadən xəbər verir ki, Ali Məhkəmənin bir qrupu əməkdaşı iş yerlərini itirdikləri üçün ölkə paytaxtı Kabildə etiraz aksiyası keçiriblər.

Onlar bildiriblər ki, son 4 ayda aylıq əməkhaqqı almayıblar: “Mən 4 aydır əməkhaqqı almıram. İndi qışdır, qoyuqdur. İnsanlar çoxsaylı problemlə üz-üzədir”, - Ali Məhkəmənin əməkdaşı deyib.

Onlar deyiblər ki, “Taliban” hakimiyyəti ələ keçirəndən sonra petisiya ilə onlara müraciət etmişik: “Bizi işdən azad etmədiklərini deyiblər. Məsələ ilə bağlı dəfələrlə müraciət etmişik. Bizə deyirlər ki, evdə oturaq. Bizim də ailəmiz var. Əməkhaqqımı verməsələr, mən ailəmin qayğısına necə qalaram?”

Aksiya iştirakçıları “Taliban”ı onların taleyinə biganə qalmamağa çağırıblar.

Bir müddət əvvəl Şəhərsalma Nazirliyinin və Yaşayış-inzibati idarəninin əməkdaşları da maaşlarının ödənilməməsindən şikayət etmişdilər.

44 - Tezliklə