Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 04 fevral, 2026
  • 19:05
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB

Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının ilk günü başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının ilk günü başa çatıb. Mənbələrin məlumatına görə, danışıqlar cümə axşamı günorta saatlarına yaxın (yerli vaxtla) bərpa olunacaq", - məlumatda bildirilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Ukrayna məsələsinin həlli ilə bağlı üçtərəfli danışıqların bərpasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Bu gün Əbu-Dabidə böhranın nizamlanması üçün siyasi prosesin irəlilədilməsinə yönəlmiş diplomatik səylər çərçivəsində Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci raundu başlayıb", - bəyanatda bildirilir.

Bəyanatda Əbu-Dabidə danışıqların birinci raundda əldə edilmiş nəticələrə əsaslanaraq irəliləyə biləcəyi qeyd olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti