Dünyada münaqişə bölgələrində 8 min uşaq öldürülüb və yaralanıb

Digər ölkələr
  • 06 oktyabr, 2017
  • 09:38
Dünyada münaqişə bölgələrində 8 min uşaq öldürülüb və yaralanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ötən il dünyada silahlı münaqişə bölgələrində 8 min uşaq öldürülüb, yaxud yaralanıb.

“Report” “dw” istinadən xəbər verir ki, bunu BMT-nin uşaqların hüquqlarını müdafiəsi üzrə xüsusi nümayəndəsi Virciniya Qambiya Nyu-Yorkda silahlı münaqişələr şəraitində uşaqların vəziyyətinə həsr olunan illik hesabatında açıqlayıb.

Sənəddə bildirilib ki, təkcə Əfqanıstanda 2016-cı ildə 3500-dən çox uşaq ya öldürülüb, ya da yaralanıb. Bu, 2015-ci ildəkindən 25 faiz çoxdur. Suriya və Yəməndə bu ildə hər birində 1 300-ə yaxın uşaq ya həyatını, ya da sağlamlığını itirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməni bombalaması nəticəsində 700-ə yaxın uşaq ölüb. Krallıq bu faciədə məsuliyyət daşıdığından "qara siyahı"ya daxil edilib. Əfqanıstan, Suriya, Konqo, İraq, Mali, Myanma, Sudan, Yəmən və Mərkəzi Afrika Respublikası da həmin siyahıya düşüb.