​Dünyada hər beş saniyədə bir insan yaralanma səbəbindən dünyasını dəyişir

Digər ölkələr
  • 12 sentyabr, 2015
  • 04:20
​Dünyada hər beş saniyədə bir insan yaralanma səbəbindən dünyasını dəyişir

Bakı. 12 sentyabr. REPORT.AZ/ Dünyada hər beş saniyədə bir insan yaralanma səbəbindən dünyasını dəyişir. "Report"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir.

Məlumatda qeyd olunub ki, hər gün 2 mindən çox ailə qarşısının alınması mümkün olan qəzalar səbəbindən övladlarını itirir.