Dövlət Departamentinin sabiq əməkdaşı Çinə casusluğa görə mühakimə ediləcək
Digər ölkələr
- 09 iyun, 2018
- 02:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Çinə casusluqda təqsirli bilinib. Onu azadlıqdan ömürlük məhrum etmə cəzası gözləyir.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, yekun qərarı məhkəmə çıxaracaq. 2017-ci il, iyunun sonlarında sabiq məmura qarşı Çinin xeyrinə casusluq ittihamları irəli sürülüb. Cinayət işinə əsasən o, Çinin xüsusi xidmət orqanlarına 3 sənəd verib. Onlardan ikisi məxfi, biri isə tam məxfi sənədlər olub.
ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatına görə, Çin tərəfi ümumilikdə 8 məxfi sənəd əldə edib. Sabiq məmur buna görə 25 min dollar pul əldə edib.
Son xəbərlər
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:42
Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir
Digər ölkələr
23:28
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
Futbol
23:28
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb
Region
23:08
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
Futbol
22:56
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
Region
22:46
"ABC News": ABŞ və Rusiya bir neçə amerikalının azad edilməsi üzrə razılaşmaya yaxındır
Digər ölkələr
22:34
Foto
UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
Futbol