​Dövlət Departamenti: "ABŞ KXDR-nin raket sınağını pisləyir və müttəfiqlərini müdafiə etməyə hazırdır"

Digər ölkələr
  • 03 avqust, 2016
  • 04:45
​Dövlət Departamenti: ABŞ KXDR-nin raket sınağını pisləyir və müttəfiqlərini müdafiə etməyə hazırdır

Bakı. 3 avqust. REPORT.AZ/ Birləşmiş Ştatlar Şimali Koreya tərəfindən yeni və bu yaxınlarda həyata keçirilən digər ballistik raket sınaqlarını pisləyir. Vaşinqton öz müttəfiqlərini müdafiə etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Culiya Meyson deyib.

Onun sözlərinə görə, raket sınaqları beynəlxalq ictimaiyyətin Pxenyana qarşı müqavimət göstərmək niyyətini gücləndirir.

Şimali Koreya çərşənbə axşamı iki "Nodan" tipli ballistik raketini sınaqdan çıxarıb, onlardan biri buraxıldıqdan dərhal sonra partlayıb, digəri Yapon dənizinədək uçub.