Dortmundda avtomobil Merkelin təyyarəsi ilə toqquşub - FOTO
Digər ölkələr
- 13 may, 2019
- 19:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Hökumət təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətlərin nəqliyyat vasitəsi dayanacaqda olan "Global 5000" laynerinə çırpılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu hadisə səbəbindən kansler təyyarəsini dəyişmək və Dortmunddan Almaniya Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb.
Hadisə sürücünün avtomobili əl əyləcinə qoymadan tərk etməsi səbəbindən baş verib. Qəza zamanı Merkel təyyarənin salonunda olmayıb.
Son xəbərlər
11:04
Foto
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə yürüş başlayıb
Hərbi
11:00
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Hərbi
10:35
"GL Group" və "SLB" Azərbaycanın neft-qaz sektorunda birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
Energetika
10:30
"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb
Futbol
10:28
Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq
Biznes
10:26
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
Ekologiya
10:22
Foto
Şuşadan dünyaya birlik mesajı: Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır - Rəy
Analitika
10:20
Aİ Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Xarici siyasət
10:18
Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr