İspaniyada koronavirusdan ölənlərin sayı 120-yə çatdı
- 13 mart, 2020
- 13:18
İspaniya, Almaniya, Cənubi Koreya və İndoneziyada koronavirusdan ölənlərin sayı artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı İspaniyada 120, Almaniyada 7, Cənubi Koreyada 71, İndoneziyada isə 4 nəfərə çatıb.
Ümumilikdə koronavirus daşıyıcılarının sayı İspaniyada 4 209, Almaniyada 3 117, Cənubi Koreyada 7 979, İndoneziyada 69 nəfər təşkil edir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 133 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 938-ə çatıb. Bunların 70 727 nəfəri sağalıb, 5 111 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.