Donald Trampın seçki qərargahının keçmiş başçısı saxlanılıb
Digər ölkələr
- 30 oktyabr, 2017
- 13:42
Seçki qərargahının keçmiş başçısı Pol Manafort
Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahının keçmiş başçısı Pol Manafort “Rusiya işi” adlı cinayət işinə görə saxlanılıb.
“Report” “The New York Times”ə istinadən xəbər verir ki, P.Manfort və onun keçmiş işgüzar əməkdaşı Rik Geytsə federal hakimiyyətə təslim olmaq əmr edilib.
Onlara qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil.
ABC telekanalı bildirib ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi ittihamı ilə bağlı ilk dəfə 5 aylıq araşdırma keçirilib.
KİV həmçinin vurğulayıb ki, ABŞ Federal Təhqiqat Bürosu P.Manafortun şirkətinin pul köçürmələri ilə bağlı məsələni araşdırır.
Xəbərə əsasən, P.Manafort artıq federal hakimiyyətə təslim olub.
Son xəbərlər
12:18
"AmCham Azərbaycan"a yeni icraçı director təyin edilib
Maliyyə12:15
Foto
Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər
Fərdi12:12
Foto
İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB
Xarici siyasət12:07
İraqdan Malayziyaya neft aparan Türkiyə tankeri Hörmüz boğazını keçib
Region12:07
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır
Hadisə12:07
Dağıstanda daşqınlar nəticəsində üç nəfər ölüb
Region12:03
Foto
Peşəkar Çövkən Liqasında III turun oyunları başa çatıb
Komanda12:02
Əraqçi: İrandakı infrastruktura zərbələr qlobal iqtisadiyyata mənfi təsir göstərəcək
Region11:51
Foto