Donald Tramp yaxın saatlarda Suriya ilə bağlı qərar verəcək

Digər ölkələr
  • 09 aprel, 2018
  • 16:59
Donald Tramp yaxın saatlarda Suriya ilə bağlı qərar verəcək

Bakı. 9 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində kimyəvi silahların istifadəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar 24-28 saat ərzində bu ölkənin hakimiyyətinə qarşı hərbi güc tətbiq edib-etməyəcəyinə dair qərar verəcəyini bildirib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Bu, barbar, dəhşətli bir hücumdur. Bu baş verməməli idi. Biz aydınlaşdıracağıq ki, bunu Rusiya, Suriya, yoxsa İran edib. Bəlkə, onlar bunu birgə ediblər?", - prezident deyib. 

44 - Tezliklə