Donald Tramp Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edəcək

Digər ölkələr
  • 06 mart, 2018
  • 06:13
Donald Tramp Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində iştirak edəcək

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsraildəki səfirliyinin açılış mərasimində iştirak etmək üçün mayın 14-də Qüdsə səfər edəcək.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu D.Trampın özü bildirib.

Qeyd edək ki, İsrailin nəqliyyat və kəşfiyyat naziri İsrael Katz ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə mayın 14-də köçürüləcəyini bildirmişdi. Həmin gün yəhudi dövlətinin elan olunduğu gündür.