Donald Tramp mərhum Corc Buşla (ata) vida mərasiminə qatılıb
Digər ölkələr
- 04 dekabr, 2018
- 02:09
Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət başçısı, bir neçə gün bundan əvvəl vəfat etmiş Corc Buşla (ata) vida mərasimində iştirak etmək üçün Kapitoliyə gəlib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, mərhum Corc Buşun (ata) cənazəsi Vaşinqtona, Kapitoliyə gətirilib.
Donald Tramp mərasimə həyat yoldaşı Melanya Trampla birlikdə gəlib. Onun vida mərasimində iştirakını Amerikanın yerli kanalları canlı yayıblar.
Daha əvvəl Kapitolidəki mərasimdə ABŞ-ın vitse-prezidenti Mayk Pens, həmçinin Konqres üzvləri çıxış ediblər. "New York Times" bildirib ki, Tramp vida mərasiminə dəvət olunsa da, o, çıxış etməyəcək.
Qeyd edək ki, sabiq dövlət başçısı C.Buş 95 yaşında dünyasını dəyişib.
Son xəbərlər
15:04
Foto
"Böyük Qayıdış" çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
Daxili siyasət15:03
Cevdet Yılmaz: Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir
Region14:55
Foto
Oğuzda buğda daşıyan TIR yanıb
Hadisə14:55
Xurram Teşabayev: "Özbəkistan Azərbaycan vasitəsilə Avropaya 5 QVt-dək "yaşıl enerji" tədarük etməyə hazırdır" - MÜSAHİBƏ
Energetika14:52
"Gəncə" Sona Atayeva ilə yeni müqavilə imzalayıb
Komanda14:52
Səfərbərlik Xidmətinin rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayır
Hadisə14:51
Donald Tramp NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib
Region14:49
Moldovada baş nazir vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib
Digər ölkələr14:46