Donald Tramp Meksikanı ticarət üçün sərhədi bağlayacağı ilə hədələyib

Digər ölkələr
  • 29 mart, 2019
  • 20:52
Donald Tramp Meksikanı ticarət üçün sərhədi bağlayacağı ilə hədələyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Meksika ilə sərhədi ticarət üçün bağlaya bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Tramp jurnalistlərin "Meksika ilə sərhədi ticarət üçün bağlaya bilərsinizmi?" - sualına belə cavab verib: "Bu, bütün ticarət üçün ola bilər". 

"Biz sərhədi uzun müddət bağlı saxlayacağıq", - deyə Amerika prezidenti bildirib. "Mən oyun oynamıram. Meksika bunu dayandırmalıdır", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Donald Tramp bir qədər əvvəl bildirib ki, əgər Mexiko ABŞ-a qanunsuz miqrasiyanın axınına son qoymasa, gələn həftə o Meksika ilə sərhədi bağlayacaq. Lakin o, bunun ticarətə və ya insanların gediş-gəlişinə aid olub-olmayacağını açıqlamayıb. 

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsi üçün ABŞ Konqresindən əlavə 8,6 milyard dollar xahiş etmək niyyətindədir.