Donald Tramp: "İŞİD-in İraq və Suriyada sayılı günləri qalıb"

Digər ölkələr
  • 11 iyul, 2017
  • 00:18
Donald Tramp: İŞİD-in İraq və Suriyada sayılı günləri qalıb

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İŞİD-in İraq və Suriyada sayılı günləri qalıb.

"Report" xəbər verir ki, Amerika liderinin sözlərini Ağ ev yayıb.

"Mosulda, İŞİD-in vaxtilə öz qondarma xilafətini elan etdiyi şəhərdə qazanılan qələbə sübut edir ki, onun İraq və Suriyada sayılı günləri qalıb. Biz İŞİD-in tam məhvinə nail olmağı davam etdirəcəyik", - deyə məlumatda bildirilir.

Trampın sözlərinə görə, ən böyük tərəqqi son 6 ayda görülən işlər nəticəsində əldə olunub.

44 - Tezliklə