Donald Tramp: "Böyük Britaniyaya Aİ-siz daha yaxşı olacaq"
- 06 may, 2016
- 04:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 may. REPORT.AZ/ ABŞ prezidentliyinə namizəd olmağa Respublikaçılar partiyasından iddia edən milyarder Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq ideyasını dəstəkləyib.
"Report" xəbər verir ki, "Fox News"a müsahibəsində D.Tramp Britaniyaya Aİ-siz daha yaxşı olacağını deyib.
O, bunun şəxsi fikri olduğuna və kiməsə məsləhət verib və ya təzyiq göstərmək niyyətində olmadığına da aydınlıq gətirib.
D.Tramp Avropada miqrasiya böhranının əsasən Aİ-nin hərəkətləri ilə bağlı olduğunu bildirib: "Məhz bu problemlərə görə də Böyük Britaniya Aİ-nin tərkibindən çıxsa, yaxşı olar".
Qeyd edək ki, D.Tramp daha əvəl də Britaniyanın Aİ-dən çıxmaq ehtimalını irəli sürmüşdü. O, hətta britaniyalıları Aİ-ni tərk etməməyə səsləyən ABŞ prezidenti Barak Obamanı tənqid etmişdi.