Donald Tramp biznesi üzərində nəzarəti iki oğluna həvalə edib

Digər ölkələr
  • 11 yanvar, 2017
  • 17:40
Donald Tramp biznesi üzərində nəzarəti iki oğluna həvalə edib

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Tramp mətbuat konfransı zamanı biznesi üzərində nəzarəti iki oğluna - kiçik Donald və Erikə həvalə etdiyini bildirib.

"Report" xəbər verir ki, o bunu maraqların toqquşmasından yayınmaq üçün etdiyini deyib.

"Don və Erik bizneslə məşğul olacaq. Onlar kömək üçün mənə müraciət etmək niyyətində deyillər", - deyə Tramp əlavə edib.