Donald Tramp ABŞ bayrağını yandıranların həbs və ya vətəndaşlıqdan məhrum olunmasını təklif edib

Digər ölkələr
  • 29 noyabr, 2016
  • 13:45
Donald Tramp ABŞ bayrağını yandıranların həbs və ya vətəndaşlıqdan məhrum olunmasını təklif edib

Bakı. 29 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp ictimai şəkildə ölkə bayrağını yandıranların cəzalandırılmasının zəruriliyini bildirib.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Heç kimə ABŞ bayrağını yandırmağa icazə vermək olmaz. Onlar bunu edirlərsə, cəzası da olmalıdır - bəlkə də vətəndaşlıqdan məhrumetmə və ya 1 il həbs cəzası!" - yeni prezident yazıb.

Qeyd edək ki, daha əvvəl Respublikaçılar Partiyasının nümayəndəsinin prezident seçilməsinə etiraz edənlər üç saat ərzində nümayiş keçirdikdən sonra Atlantada, Corcoya ştatının qanunvericilik məclisinin binası qarşısında ABŞ bayrağını yandırıblar. Nümayişdə 500-dən çox insan iştirak edib.