Donald Tramp Ali Məhkəməyə namizədini fevralın 2-də açıqlayacaq

Digər ölkələr
  • 25 yanvar, 2017
  • 13:53
Donald Tramp Ali Məhkəməyə namizədini fevralın 2-də açıqlayacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmədəki boş qalmış yerə namizədini fevralın 2-də açıqlayacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter"də şəxsi hesabında yazıb.

Qeyd edək ki, daha əvvəl "Associated Press" vakant posta Uilyam Prayor (Alabama), Nil Qorsaç (Kolorado) və Tomas Hardimenin (Pensilvaniya) namizəd olduğunu xəbər verib. Onların hamısı apellyasiya məhkəmələrinin hakimləridir və ayrı-ayrılıqda D.Trampla görüşüblər.

Əlavə edək ki, Ali Məhkəməyə hakim namizəd Senat tərəfindən təsdiqlənməlidir.