Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb - YENİLƏNİB

Digər ölkələr
  • 23 aprel, 2026
  • 11:50
Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb - YENİLƏNİB

Danimarkada iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bu barədə BT nəşri təcili xidmətlərə istinadən xəbər verir.

"Kaqerup yaxınlığında baş verən dəmir yolu qəzasından sonra dörd nəfərin vəziyyəti ağırdır", - açıqlamada deyilir.

Xəsarət alanlara zəruri tibbi yardım göstərilir.

Öz növbəsində, İsveçin baş naziri Ulf Kristersson hadisə ilə əlaqədar Danimarkaya dəstək göstərməyə hazır olduğunu bildirib.

"Bu səhər Danimarkanın baş naziri Mette Frederiksen ilə əlaqə saxladım və faciəli dəmir yolu qəzasının nəticələrinin aradan qaldırılmasında İsveçin köməyini təklif etdim", - o, SVT News üçün şərhində deyib.

Danimarkanın şimalında iki qatar toqquşub, ilkin məlumatlara görə, təxminən 50 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə BT nəşri məlumat yayıb.

Qəza Hillered və Kaqerup şəhərləri arasındakı hissədə baş verib.

Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları və polis hadisə yerindədir.

Qeyd olunur ki, İsteryodveen və Kaqerup arasındakı yol sahəsi bağlanıb və uzun müddət bağlı qalacağı gözlənilir.