Danimarkada ABŞ-nin Qrenlandiyadakı konsulluğunun bağlanması təşəbbüsü ilə çıxış edilib

Digər ölkələr
  • 08 may, 2025
  • 15:34
Danimarkada ABŞ-nin Qrenlandiyadakı konsulluğunun bağlanması təşəbbüsü ilə çıxış edilib

Danimarka Mühafizəkar Xalq Partiyasından olan parlament üzvü Rasmus Yarlov ABŞ-nin Qrenlandiyanın paytaxtı Nuukdakı konsulluğunun bağlanması imkanı barədə bəyanat verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Konsulluğun əsas vəzifəsi Qrenlandiyaya qarşı təxribat fəaliyyəti və Danimarka ilə Qrenlandiya arasındakı münasibətləri pozmaqdan ibarətdir. Bu, bizim üçün maraq kəsb edən bir şey deyil", - o bildirib.

R.Yarlov həmçinin vurğulayıb ki, ABŞ tərəfi Nuukda konsulluğun açılmasına "Qrenlandiya və ABŞ arasında müsbət münasibətlərin inkişafı" üçün razılıq alıb.