Danimarka İran gəmisini saxlayıb

Digər ölkələr
  • 20 fevral, 2026
  • 03:05
Danimarka İran gəmisini saxlayıb

Danimarka hakimiyyəti fevralın 18-də Komor adalarının bayrağını İran bayrağına dəyişdirən "Nora" konteyner gəmisini Kattegat boğazında saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Danimarka Dənizçilik İdarəsi məlumat yayıb.

"Marine Traffic" bildirib ki, gəminin adı bir neçə ay əvvəl dəyişdirilib və əvvəlki adı "Cerus" olub. ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyalar siyahısında olan gəmi Sankt-Peterburqdan yola düşüb.

13 yanvarda gəmi Danimarkanın Skagen şəhərini keçərək Sankt-Peterburqa doğru irəliləyib və orada geolokasiya məlumatlarını ötürməyi dayandırıb. Gəmi Baltik dənizində üzərkən yer məlumatları 16 yanvarda yenidən ortaya çıxıb. 22 yanvarda konteyner gəmisi Skagenin şimal hissəsinə çatıb, sonra Kattegat boğazına doğru yola düşüb və orada 25 gün lövbər salıb.

Danimarka hakimiyyət orqanlarının məlumatına görə, gəmi səhv qeydiyyata alınıb. Agentlik açıqlamasında bildirib ki, Komor Adaları Danimarka Dənizçilik İdarəsinə gəminin onların reyestrində qeydiyyata alınmadığını bildirib.

Konteyner gəmisinin Danimarka hakimiyyəti qeydiyyat şəhadətnamələrini alana qədər saxlanılacağı bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti