Dallasda seçki komissiyasının üzvü vəfat edib
Digər ölkələr
- 08 noyabr, 2016
- 20:37
Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-ın Dallas şəhərinin (Texas ştatı) dairələrindən birində seçki komissiyası üzvünün vəfat etməsi ilə əlaqədar mərhumun işləməli olduğu məntəqədə səsvermənin vaxtı iki saat uzadılıb.
"Report" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Hazırda Birləşmiş Ştatlarda bütün ölkə üzrə prezident seçkiləri keçirilir.
Vaxtın uzadılması əməkdaşın ölümü səbəbindən seçki məntəqəsinin səsvermə üçün nəzərdə tutulan vaxtdan gec açılması ilə əlaqədardır.
Komissiya üzvünün ölüm səbəbi açıqlanmır və xəbərlərdə yalnız onun öz evində ölmüş vəziyyətdə tapıldığı bildirilir.
Son xəbərlər
09:15
Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq
Energetika09:10
"Beşiktaş" Ümit Akdağın transferini açıqlayıb
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.09.2026)
Maliyyə09:02
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Futbol08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.09.2026)
Maliyyə08:48
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə08:31
Rusiya ordusu Odessada çoxmərtəbəli binanı vurub, yaralılar var
Digər ölkələr08:21
Qazaxıstan və "Rosatom" Almatı yaxınlığında AES-in tikintisi ilə bağlı saziş imzalayıb
Region08:12