Con Kerri və Məhəmməd Cavad Zərif Nyu-Yorkda görüşəcək

Digər ölkələr
  • 26 aprel, 2015
  • 23:04
Con Kerri və  Məhəmməd Cavad Zərif Nyu-Yorkda görüşəcək

Bakı. 27 aprel. REPORT.AZ/ Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş bu gün Nyu-Yorkda baş tutacaq.

"Report"un RİA "Novosti"a agentliyinə istinadən xəbər verir ki, görüş BMT-nin mənzil qərargahında Nüvə Silahının Yayılmamasına dair Müqavilənin icrasına həsr olunmuş beynəlxalq kofrans çərçivəsində baş tutacaq.

Qeyd edək ki. İran, Avropa Birliyi, Fransa, Britaniya, Almaniya, Çin, Rusiya və ABŞ təmsilçiləri aprelin 2-də İsveçrənin Lozanna şəhərində Tehranın nüvə proqramına dair ilkin razılaşma əldə ediblər. Yekun saziş isə iyunun 30-dək razılaşdırılmalıdır.