CNN: Trampın tətbiq etdiyi rüsumlara görə ABŞ-də qəhvə qiymətləri 20%-dən çox artıb

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 03:42
CNN: Trampın tətbiq etdiyi rüsumlara görə ABŞ-də qəhvə qiymətləri 20%-dən çox artıb

ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları ölkədə qəhvənin pərakəndə satış qiymətlərinin illik hesablamada təxminən 21% artmasına səbəb olub.

"Report" xəbər verir ki, u barədə CNN məlumat yayıb.

Qiymətlərin kəskin artmasının əsas səbəbi Braziliyadan idxala 50% rüsum, həmçinin Vyetnama qarşı 20% və Kolumbiyaya qarşı 10% tarif tətbiq edilməsi olub.

CNN-in istinad etdiyi Milli Qəhvə Assosiasiyasının məlumatlarına əsasən, ABŞ ölkədə istehlak edilən qəhvənin 99%-dən çoxunu idxal edir. Qəhvə dənələrinin əksəriyyəti Braziliyadan (30%-dən çox), Kolumbiyadan (18,3%) və Vyetnamdan (6,6%) tədarük edilir.

Qeyd olunub ki, yaranmış vəziyyət fonunda sentyabr ayında Respublikaçı və Demokrat partiyalarından iki konqresmen ABŞ-yə idxal edilən qəhvə məhsullarını rüsumlardan azad edən "Qəhvə vergisinin ləğvi haqqında" qanun layihəsi təqdim ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti