"CNBC": Trampın İranla müharibə fonunda neft şirkətlərinə yatırımları artıb
- 10 sentyabr, 2026
- 04:52
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın doqquz neft-qaz şirkətinin səhmlərinə olan yatırımlarının dəyəri İrana qarşı hərbi əməliyyat başlayandan bəri 1,5-4,4 milyon dollar artıb.
"Report" xəbər verir ki, bu barədə məlumat "CNBC"nin Amerika liderinin maliyyə bəyannamələrini təhlilində yer alıb.
Trampın investisiya portfelində "Chevron", "ConocoPhillips", "Exxon Mobil", "Kinder Morgan", "Marathon Petroleum", "Occidental Petroleum", "Phillips 66", "Valero Energy" və "Williams Companies" səhmləri yer alır. "CNBC"nin məlumatına görə, 27 fevraldan 31 avqustadək ABŞ Prezidentinin bu şirkətlərdəki aktivlərinin dəyəri 1,5-4,4 milyon dollar artıb.
Telekanal qeyd edib ki, Trampın investisiya hesablarında bu doqquz şirkətin səhmlərinin alınması və ya satılması üzrə son əməliyyatlar iyunun 29-da həyata keçirilib.
Bununla belə, "CNBC" əqdlər həyata keçirilərkən insayder ticarətinə dair sübutlar aşkar etməyib.