Çipras və Ərdoğan sərhəddəki gərginliyin azaldılması barədə razılığa gəliblər

Digər ölkələr
  • 13 iyul, 2018
  • 00:53
Çipras və Ərdoğan sərhəddəki gərginliyin azaldılması barədə razılığa gəliblər

Bakı. 13 iyul. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Çipras Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO sammiti çərçivəsində görüşüb.

"Report" "RT"ə istinadən xəbər verir ki, Çiprasın bəyanatını Yunanıstanın televiziyası yayıb.

Çipras bildirib ki, onlar görüşdə iki ölkənin sərhədindəki gərginliyin azaldılması üçün səy göstərmək barədə razılığa gəliblər.

"Və biz nəhayət gərginliyin azaldılması üzrə səylərə xüsusi diqqət yetirilməsini razılaşdırdıq", - deyə Çipras bildirib.

O, Ərdoğanla iki saatlıq görüşü "çətin" adlandırıb.

44 - Tezliklə